AZ

AYİB "Youth in Business" proqramı çərçivəsində Türk bankına kredit ayıracaq

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə “Youth inBusiness” proqramı çərçivəsində 35 yaşadək şəxslər tərəfindən idarəolunan və ya əsasən onlara məxsus mikro, kiçik və orta biznesinsonradan kreditləşdirilməsi məqsədilə Türkiyənin “Şekerbank T.A.Ş.”bankına 30 milyon avroyadək məbləğdə kredit ayıracaq.

Bu barədə TrendAYİB-ə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, maliyyələşmə maliyyə vasitəçiləri üzrəÇərçivə Proqramına uyğun olaraq yaradılmış qarışıq proqramçərçivəsində həyata keçiriləcək və risklərin bölüşdürülməsimexanizmləri ilə müşayiət olunacaq. Bu mexanizmlərə Avropaİttifaqının EFSD+ aləti vasitəsilə AYİB-in xeyrinə təqdim edilənzəmanət hesabına ilk itkilərin örtülməsi, həmçinin Türkiyə Xəzinəvə Maliyyə Nazirliyinin dəstəyi ilə maliyyə tərəfdaşlarının xeyrinəTürkiyə Kredit Zəmanət Fondu mexanizmləri daxildir.

Qeyd olunur ki, gənc sahibkarlar sahibkarlıq bacarıqlarınıninkişafına yönəlmiş təlim sessiyaları və seminarlar da daxilolmaqla potensialın artırılması tədbirlərinə çıxış əldəedəcəklər.

Seçilən
126
az.trend.az

1Mənbələr