AZ

AİB Azərbaycan və regional tərəfdaşların iştirakı ilə təbii materiallar bazarının inkişafı üzrə platforma yaradacaq

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) üzv dövlətlərin, o cümlədən,Azərbaycanın təbii ehtiyatları əsasında karbonun miqdarını azaldanhəllərə özəl investisiyaların sürətləndirilməsinə yönəlmiş TəbiiMateriallar Bazarının İnkişafı Platformasını yaradacaq və idarəedəcək.

Trend bu barədəAİB-ə istinadən xəbər verir.

Regional təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondundanayrılmış 1,5 milyon ABŞ dolları məbləğində qrantla dəstəklənir vəgeniş ölkə spektrini əhatə edir: Əfqanıstan, Ermənistan,Azərbaycan, Banqladeş, Butan, Brüney-Darüssalam, Kamboca, Kukadaları, Fici, Mikroneziya Federativ Ştatları, Gürcüstan,Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Kiribati, Laos,Malaziya, Maldiv adaları, Monqolustan, Myanma, Nauru, Nepal, Niue,Pakistan, Palau, Filippinlər, Papua–Yeni Qvineya, Çin XalqRespublikası, Marşall adaları, Samoa, Solomon adaları, Şri-Lanka,Tacikistan, Tailand, Timor-Leste, Türkmənistan, Tonqa, Türkiyə,Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnam.

Platforma sürətlə böyüyən bitkilərdən və bərpa olunan biolojiresurslardan, o cümlədən AİB-in iqlim dəyişikliyi ilə mübarizədə,iqtisadi inkişafda və özəl sektorun artımının təşviqində mühüm alətkimi qiymətləndirdiyi bambukdan əldə olunan təbii materiallarınpotensialının üzə çıxarılmasına xidmət edəcək.

AİB-in məlumatına görə, texniki yardım ekosistemlərinqiymətləndirilməsi, pilot layihələrin yoxlanılması və miqyaslanabilən tərəfdaşlıq platformasının yaradılması yolu ilə təbiimateriallar üzrə fəaliyyət göstərən bazarların inkişafınayönəldiləcək. Bu yanaşma risk kapitalının cəlb edilməsinə vəregionda təbii materiallar sənayesinin inkişafınınsürətləndirilməsinə imkan verəcək.

Təşəbbüsün gözlənilən nəticəsi sənaye ilə tərəfdaşlıq əsasındahazırlanmış regional Təbii Materiallar Bazarının İnkişafıPlatformasının yaradılması olacaq ki, bu da bazarların hazırlıqsəviyyəsini gücləndirəcək və təbii resurslara əsaslanan karbonunmiqdarını azaldan həllərə özəl investisiyaları əhəmiyyətli dərəcədəartıracaq.

Məqalədə:
Seçilən
110
az.trend.az

1Mənbələr