Bakı. Trend:
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsivə ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən İranvətəndaşları polisin əməliyyatı nəticəsində saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, YardımlıRayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərnəticəsində saxlanılan 23 yaşlı Hauri Qədirpuri və 26 yaşlıSüleyman Xezridən 30 kiloqram tərkibi psixotrop maddələrləzənginləşdirilmiş marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mütəşəkkil dəstənin digər üzvlərinin və ölkə daxilində olanəlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davametdirilir.