ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Beyaz Show” verilişindən sonra uzun müddət fasilə verən Beyazıt Öztürk televiziyaya fərqli bir formatla qayıtmağa hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kanal D”nin sosial media hesabında məlumat paylaşılıb.
Aparıcının müqavilə bağladığı kanal “Sizə sürprizim var!” deyərək Öztürkün döndüyünü elan edib.
Yeni proqramının “Joker” adlandırılacağı iddia edilsə də, bunun yarış formatına əsaslanacağı gözlənilir.
Verilişin dekabrın sonunda başlaması ehtimal olunur.
Günel Cəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.