Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad QHT.az-a açıqlamasında bildirib ki, qayıdışın reallaşdırıldığı rayonlarda əhalinin qarşılaşdığı əsas problemlərdən biri psixoloji adaptasiya, digəri isə məşğulluq məsələsidir.
Onun sözlərinə görə, təşkilat 2025-ci il ərzində bu istiqamətdə əhalinin müxtəlif qrupları arasında maarifləndirmə tədbirləri həyata keçirib. Qayıdış bölgələrində işsizlik probleminin aradan qaldırılmasına töhfə vermək məqsədilə bir sıra tədbirlər təşkil olunub:
"Bu istiqamətdə Laçın rayonunda Qadınların peşə bacarıqları ilə bağlı təlimlər keçirilib, onlarla praktiki olaraq tikiş sexlərinə və müəssisələrə səfərlər olub. Məşğulluq problemi onların başlıca problemidir. Bundan başqa təşkilat olaraq Daxili İşlər Nazirliyi yanında İnsan Alverinə qarşı mübarizə Baş idarəsi yanında yaradılmış Koalisiyanın üzvü olaraq , Cəbrayıl, Zəngilan, Laçın rayonlarında yerləşən polislərimizə maarifləndirici görüşlər keçirilmişdir. Təşkilata üzv olan xanımlarla ayda bir dəfə görüşlər reallaşıb, təklif və planlarımız yaşadığımız yerə uyğunlaşdırılır."
Pərvanə Fərhadqızı