AZ

AİB Azərbaycanla birgə DİM-lərin potensialının artırılması layihəsini dəstəkləyəcək

Bakı. Trend:

Asiya İnkişaf Bankı Azərbaycan və banka üzv olan bir sıra başqaölkələrin də yer aldığı “Dayanıqlı İnkişaf üzrə 2030-cu ilGündəliyinin Təşviqi” təşəbbüsü çərçivəsində 4-cü Sub-layihəningerçəkləşdirilməsi üçün Xüsusi Texniki Yardım Fondundan 500 mindollar həcmində qrantın ayrılmasını təsdiqləyib.

Bu barədə Trendbanka istinadən xəbər verir.

Regional layihə Ermənistan, Azərbaycan, Butan, Gürcüstan,İndoneziya, Qazaxıstan, Qırğızıstan, Maldiv adaları, Pakistan,Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanı ehtiva edir.

Təşəbbüs iştirakçı ölkələrin BMT-nin 2030-cu ilədək Dayanıqlıİnkişaf Gündəliyinə uyğun inkişaf proqramlarının hazırlanması,maliyyələşdirilməsi və həyata keçirilməsi sahəsində potensialınıngücləndirilməsinə yönəlib. Gözlənilir ki, layihə AİB-ə üzvölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) daha səmərəlişəkildə nail olunmasına töhfə verəcək.

Bankda qeyd edirlər ki, layihənin nəticəsi DİM-lərə birbaşatöhfə verən daha keyfiyyətli proqram və layihələrin hazırlanması vəicrası olacaq. Əsas gözlənilən nəticələr sırasında inkişafproqramları və maliyyələşdirmə mexanizmlərinin 2030 Gündəliyi iləuzlaşdırılması üzrə milli potensialın artırılması, ən yaxşıtəcrübələr və layihələrin icrasından əldə olunan dərslər barədəbiliklərin genişləndirilməsi, habelə nəticəyönümlü layihələndirməvə idarəetmə sahəsində bacarıqların möhkəmləndirilməsi yeralır.

Seçilən
87
az.trend.az

1Mənbələr