AZ

Zelenski ərazilərlə bağlı referendum məsələsinin hazırda gündəmdə olmadığını bildirib

“Hazırda ərazilərlə bağlı referendum keçirilməsi məsələsi yoxdur. Eyni zamanda, atəşkəs olarsa, ölkə seçkilərə hazırdır”.

Missiya.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, əgər Ukraynanın seçkilərə ehtiyacı olduğuna qərar verilsə onda seçkilər keçiriləcək:

“Bu, artıq cəmiyyətdə də müzakirə olunub, çünki bu mövzu ABŞ tərəfindən irəli sürülüb. Lakin əsas şərt atəşkəsdir”, - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, bu gün bir daha tərəfdaşlarımıza vurğuladım ki, seçkilərə hazıram və xalqın hazır olması üçün qanunvericilərin əməkdaşlığına ehtiyacımız var.

Daşqın HəsənovMissiya.Az

Seçilən
109
missiya.az

1Mənbələr