AZ

Təyyarə qəzaya uğradı: Ölənlər var

Meksikanın paytaxtı Mexikoda kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı 7 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Mexiko Şəhər Mülki Müdafiə Koordinatoru Adrian Hernandez məlumat yayıb.

O, təyyarənin Toluka Hava Limanından 5 kilometr aralıda qəzaya uğradığını bildirib.

Hernandez qeyd edib ki, göyərtədə 8 sərnişin və 2 kabin üzvü olub, indiyə qədər onlardan 7-nin meyiti tapılıb.

Seçilən
117
publika.az

1Mənbələr