AZ

Bakıda avtobus zolaqları: Cərimədən necə qaçmaq olar?

Bakıda ictimai nəqliyyatın effektivliyini artırmaq və yollarda hərəkəti tənzimləmək məqsədilə avtobuslar üçün xüsusi zolaqlar ayrılıb. Bu zolaqlar əsasən avtobusların hərəkətini sürətləndirmək və sərnişinlərin vaxtında çatdırılmasını təmin etmək üçün nəzərdə tutulub. Avtobus zolaqlarına daxil olmaq isə müəyyən qaydalar çərçivəsində tənzimlənir. Bəzən bu zolağa girən taksilər və digər nəqliyyat vasitələri sərnişin düşürtmək istəyirlər. Amma belə halda cərimələnirlər.

Bəs sürücülər hansı halda avtobus zolağına daxil olsa, cərimə olunmayacaqlar?

Rauf Ağamirzəyev

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu məntəqələr sərnişin mindirib-düşürtmək üçündür, yəni parklama üçün nəzərdə tutulmayıb:

“Burada məqsəd nəqliyyat vasitəsini qısa müddətdə saxlayaraq sərnişini mindirmək və ya düşürtməkdir. Belə məntəqələrdə xüsusi nişanlanma aparılır və müvafiq yol nişanları yerləşdirilir. Bu əməliyyatın tez və rahat həyata keçirilməsi üçün şərait yaradılır”.

“Artıq şəhərimizdə belə məntəqələr hava limanında, “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığında və ən son olaraq Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında təşkil olunub. Düşünürəm ki, bu cür məntəqələrin sayı artırılmalıdır ki, insanlar müəyyən olunmuş nöqtələrdə rahat şəkildə minmə və düşmə əməliyyatını həyata keçirə bilsin və səfərlər daha nizamlı şəkildə təşkil olunsun”, – ekspert yekunlaşdırıb.

Seçilən
95
nocomment.az

1Mənbələr