AZ

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq etdi

Bakı. Trend:

Müasir dövrün inqilabi yeniliklərindən olan süni intellekt artıq“E-Polis” mobil tətbiqinə inteqrasiya edildi. Bundan sonravətəndaşlar onları maraqlandıran məsələlər barədə ünvanladıqlarısuallara süni intellekt vasitəsilə operativ şəkildə cavab alabiləcəklər.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, yeni çat-botfunksionallığı ilkin olaraq sınaq məqsədilə “E-Polis”platformasında və “e-xidmet.mia.gov.az” elektron xidmətlər portalındaistifadəyə verilib.

Yəni vətəndaşlar müxtəlif xidmətlər haqqında tez-tez ünvanlanansuallara süni intellektin köməkliyi ilə dərhal cavab alabiləcəklər. Xidmətlərin izahı, müraciət qaydaları, tələb olunansənədlər, istifadə prosesinə dair məlumatlar və digər ümumi suallarçat-botun cavab bazasına daxildir. Bu isə istifadəçilərin əlavəizahat axtarışına ehtiyac duymadan məlumatla təmin edilməsinə vəmüraciət prosesinin daha anlaşıqlı olmasına şərait yaradır.

Sınaq dövründə əldə olunan nəticələr çat-botun funksiyalarınıngenişləndirilməsi üçün baza rolunu oynayacaq. Toplanacaq rəy vəmüşahidələr əsasında gələcək mərhələlərdə daha ağıllı cavablandırmamexanizmlərinin əlavə olunması, səsli müraciət imkanları vəehtiyacdan asılı olaraq xidmətin yönləndirməsi funksiyalarınıninkişaf etdirilməsi nəzərdə tutulur.

Beləliklə, bu yeniliyin tətbiqi vətəndaşların elektronxidmətlərə daha sürətli, rahat və fasiləsiz çıxışını təmin edəcək,əlavə vaxt itkisinin qarşısını alacaq və məlumat əldə etməprosesini sadələşdirməklə vətəndaş məmnunluğunun daha dayüksəldilməsinə effektiv təsir göstərəcək.

Seçilən
83
22
az.trend.az

10Mənbələr