AZ

Ərdoğan Rüstəm Behrudinin şeirini dedi –VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 Dekabr - Dünya Türk Dili Ailəsi Günü ilə bağlı tədbirdə çıxışında azərbaycanlı şair Rüstəm Behrudinin şeirini səsləndirib.

 

Senzor.az bildirir ki, bu barədə sosial şəbəkələrdə çıxışdan görüntülər paylaşılıb.

 

“Son iki əsr təkcə millətimiz üçün deyil, bütün türk dünyası üçün çətinliklər, məşəqqətlər, əzablar və işğallarla dolu olub. Mədəni coğrafiyamızın bir çox bölgəsində o torpaqların qədim kimlikləri, dilləri və dini dəyərləri qadağan edilib və xalqlar parçalanıb. Biz sözün əsl mənasında çürümə mövsümünü yaşadıq. Bir vaxtlar az qala türk dünyasının taleyinə çevrilən bu səhnəni Azərbaycan şairi Rüstəm Behrudi belə təsvir edir: 

 

O hansı millətdir, taleyi sirdir?

Yüz adla bölündü, yenə də birdir!”, - deyə Türkiyə lideri vurğulayıb.

 

Seçilən
121
senzor.az

1Mənbələr