AZ

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verilib

Bakı. Trend:

Cinayət işi üzrə növbəti qərar

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində RamizMehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyəyönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işiüzrə növbəti qərar bəlli olub.

Abbas Abbasovun istintaqa cəlb edilməsi və axtarışaverilməsi

Trend-in əldə etdiyi məlumatagörə, cinayət işi üzrə toplanmış materiallar əsasında, AzərbaycanRespublikası Baş nazirinin sabiq birinci müavini, uzun illər RamizMehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış AbbasAbbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsibarədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqlaistintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Abbas Abbasovun vəzifə fəaliyyəti və ölkədən getməsi

Qeyd edək ki, Abbas Abbasov 1992-ci ildən AzərbaycanRespublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır.Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur.2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra RusiyaFederasiyasında yaşamağa başlamışdır.

Rusiya Federasiyasında diaspor strukturları ilə bağlıfəaliyyəti

Abbas Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarlaRusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələkeçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyətaparıb.

“Milyarderlər İttifaqı”nın yaradılması və rəhbərliyi

2012-ci ildə yaradılmış qalmaqallı, hamının “Milyarderlərİttifaqı” adı ilə tanıdığı Rusiya Azərbaycan Təşkilatlarıİttifaqının təsisçisi və rəhbəri olub (özünü bu təşkilatın rəsmitəsisçisi kimi qeydiyyatdan keçirməyi də unutmayıb).

Rüstəm İbrahimbəyov və “Milli Şura” ilə əlaqələr

Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafındanibarət tərkibdə formalaşdırılmış “Milli Şura”nın rəhbəri Rüstəmİbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında“Milyarderlər İttifaqı”nın Koordinasiya şurasının üzvü olub.

2012-ci il açıqlamaları və 2013-cü il hadisələri

Hərçənd, hələ 2012-ci ildə “Milyarderlər İttifaqı”nınyaradılmasının Azərbaycanda siyasi proseslərə istiqamətləndiyibarədə xəbərdarlıq siqnalları veriləndə Rüstəm İbrahimbəyov“Milyarderlər İttifaqı” adından çıxış edib, müsahibələr verərək buittihamları yalanlayırdı. 2013-cü il hadisələri isə hamıyabəllidir.

Abbas Abbasovun Azərbaycana gəlişinin dayandırılması

Təsadüfi deyil ki, əvvəllər hər ay Azərbaycana gələn AbbasAbbasov 2013-cü ilin əvvəlində “Milli Şura”nın yaradılması məsələsiortaya çıxan vaxtdan əməllərinə görə ehtiyatlanalaraq Azərbaycanagəlmir.

İstintaq materialları və məhkəmədə açıqlanacaq sübutlar

Əldə edilən məlumatlara əsasən, qeyd olunan şəxslər vətəşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlifkanallarla köçürülmüş pul vəsaitləri, həmin vaxt bu sövdələşmələrəvə proses iştirakçılarına olunan vədlərə dair audio-video yazılar,ölkə xaricində baş tutmuş görüşlərə, Azərbaycanda konstitusiondövlət hakimiyyətini zorakı yolla ələ keçirmə planlarına dair sairmateriallar ələ keçirilərək cinayət işinə əlavə edilib və açıqməhkəmə baxışında geniş ictimailəşdiriləcəkdir.

Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1(dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətəxəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakıleqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlubarədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib.Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görəcinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmişvəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkantədbiri seçib.

Seçilən
92
22
az.trend.az

10Mənbələr