AZ

Çempionlar Liqası: "Sabah" qrupda son matçına çıxır

"Sabah" basketbol komandası bu gün FIBA Çempionlar Liqasının qrup mərhələsində növbəti matçını keçirəcək.

Fanat.Az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan təmsilçisi sonuncu - 6-cı turun oyununa Almaniyada çıxacaq.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda yerli "Alba" ilə qarşılaşacaq. Qarşılaşma saat 23:00-da start götürəcək. Bakılılar bu matçda qalib gəlsələr və digər oyunda "Nimburk" uduzsa, "bayquşlar" növbəti mərhələyə yüksələ bilər.

Qeyd edək ki, "Sabah" qrupda Çexiya "Nimburk"u (65:93, 105:87), "Alba" (76:85) və Fransa "Elan Şalon"u (71:84, 87:89) ilə mübarizə aparır.

FİBA Çempionlar Liqası
B Liqası, 6-cı tur
16 dekabr

23:00. "Alba" (Almaniya) – "Sabah" (Azərbaycan)
Berlin. "Uber Arena".

"Sabah"ın heyəti : Keyt Cordan, Hassani Qravett, Castin Tillman, Cerri Bleyks, Klavs Kavars, Ceyms İds, Jan-Mark Pansa, Şirzad Şirzadov, Kamran Məmmədov, Endar Poladxanlı, Ramiz Quliyev, Hüseyn Məmmədov.

1. Alba 5 4 1 +42 9
2. Elan Şalon 5 4 1 +13 9
3. Nimburk 5 1 4 -21 6 
4. Sabah 5 1 4 -34 6
 

Seçilən
110
1
fanat.az

2Mənbələr