ABŞ danışıqlar komandası Ukraynada sülhün bərqərar olması üçün səy, vaxt və resurs sərf edir. Onların yanaşmasını təhrif etmək ədalətsizlik olardı.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Onun sözlərinə görə, ABŞ-nin sülh prosesində tam şəkildə iştirakı mühüm əhəmiyyət daşıyır.
“Vaxtını, səy və resurslarını sülhün təminatına yönəldən Amerika komandasının yanaşmasını təhrif etmək ədalətsizlik olardı. Hər bir tərəf qarşı tərəfi diqqətlə dinləyir. Ukraynanın mövqeyi kifayət qədər aydındır. Anonim mənbələr yalan xəbərlər yayır”, – deyə Sergey Kislitsa əlavə edib.
Xatırladaq ki, dekabrın 15–16-da Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Cared Kuşner ilə danışıqlar aparır.