AZ

Nazir: “5700-ə yaxın şəxs xilas edilib”

“Nazirlik yaranandan 2024-cü il də daxil olmaqla, yanğın-xilasetmə qurumları tərəfindən yanğınlar, dağıntılar, qəzalar və digər fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş, o cümlədən su hövzələrində batma təhlükəsində olan 5700-ə yaxın şəxs xilas edilib”.

“Yeni Sabah” xəbər verir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

O qeyd edib ki, FHN əməkdaşları dünyanın müxtəlif yerlərində baş vermiş təbii fəlakətlərin qarşısının alınmasında uğurla fəaliyyət göstərib:

“Nazirliyin qüvvələri ötən illər ərzində müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, həmçinin humanitar yardımların çatdırılması əməliyyatlarını da uğurla yerinə yetiriblər. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, 2010-cu ildə Rusiyada, 2010-cu və 2016-cı illərdə İsraildə, 2017-ci ildə Gürcüstanda, 2021-ci, 2022-ci və 2024-cü illərdə qardaş Türkiyədəki meşə yanğınlarının, 2010-cu ildə Pakistandakı daşqınların, 2011-ci və 2023-cü illərdə Türkiyədəki zəlzələlərin, 2012-ci ildə Rusiyadakı daşqınların, həmin il İrandakı zəlzələnin, 2014-cü ildə Əfqanıstanda leysan yağışlarının törətdiyi fəsadların, Serbiya və Bosniya və Hersoqovinada daşqınların nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq kömək göstərilib. Həmçinin Azərbaycan Respublikasının Hökuməti səviyyəsində 2010-cu ildə Haitidəki zəlzələnin, 2013-cü ildə Filippindəki qasırğanın fəsadlarının aradan qaldırılması məqsədilə və Somalidə aclıqdan əziyyət çəkən insanlar üçün maddi yardımlar edilib. 2013-cü ildə Misirdəki iğtişaşlarla əlaqədar burada yaşayan azərbaycanlıların, 2015-ci ildə Nepaldakı zəlzələ nəticəsində fəlakət zonasındakı soydaşlarımızın və xarici ölkə vətəndaşlarının nazirliyin təyyarəsi ilə təcili təxliyəsi həyata keçirilib. 2017-ci ildə Azərbaycan Hökuməti adından Cibutiyə, həmçinin Myanmada Rohingya müsəlmanlarına qarşı kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara humanitar yardımlar çatdırılıb”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
137
yenisabah.az

1Mənbələr