AZ

“Neftçi” - “Sumqayıt” oyununda dava nəyin üstündə düşdü? - VİDEO

Azərbaycan Premyer Liqasının XV turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyununda insident yaşanıb.

Sportinfo.az xəbər verir ki, hadisə qarşılaşmanın 90+5-ci dəqiqəsində baş verib.

Belə ki, “Neftçi”nin futbolçusu Elvin Bədəlovla “Sumqayıt”ın oyunçusu Səbuhi Abdullazadə arasında yaranan mübahisə qısa müddətdə gərginləşib.

Komanda yoldaşlarının müdaxiləsindən sonra tərəflər sakitləşdirilib və oyun bərpa olunub.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Seçilən
44
sportinfo.az

1Mənbələr