Cəmi bir ay əvvəl yeni məşqçiyə güvənən "Fiorentina" yenidən məşqçi axtarışındadır.
Fanat.Az xəbər verir ki, Paolo Vanolinin klubdan ayrılması ehtimalı yüksəkdir.
"Derbyderbyderby.it"-in məlumatına görə, onun yerinə başqa məşqçi axtaran klub rəhbərliyi Tiaqo Mottaya təklif ünvanlayb. Lakin "Bolonya" və "Yuventus"un keçmiş məşqçisi belə çətin vəziyyətdə Florensiya təmsilçisini çalışdırmaqdan imtina etdi.
Xatırladaq ki, "Fiorentina" ötən həftəsonu evdə "Verona"ya 1:2 hesabı ilə uduzub. Beləliklə, sözügedən komanda bu mövsüm A Seriyasında hələ qalib gələ bilməyib. "Fiorentina" İtaliya çempionatının növbəti turunda evdə "Udineze" ilə qarşılaşacaq.