AZ

ABŞ ordusu narkotik daşıyan daha üç gəmini batırıb

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

ABŞ Cənub Komandanlığı narkotik qaçaqmalçılığı ilə məşğul olan üç gəmini vuraraq səkkiz nəfəri öldürüb.

Reyting.az xəbər verir ki, Komandanlığın “X” sosial media hesabındakı açıqlamaya görə, Pentaqon katibi Pit Heqsetin göstərişi ilə gəmilərə 15 dekabrda Şərqi Sakit okeanda hücum edilib.

Hərbçilərin sözlərinə görə, gəmilər Şərqi Sakit okeanda məlum narkotik qaçaqmalçılığı marşrutlarını izləyib və narkotik qaçaqmalçılığı ilə məşğul olurmuşlar. Bildirilir ki, brinci gəmidə üç, ikincidə iki, üçüncüdə isə üç “narkoterrorçu” olub.

Eyni ərazidə əvvəlki hücum 5 dekabrda baş verib. Hazırda 25 gəminin batırıldığı məlumdur.

Xatırladaq ki, sentyabr ayından bəri ABŞ hərbi personalı Karib dənizində və Sakit okeanda narkotik əleyhinə əməliyyatlar aparır. Bu dövrdə ölənlərin ümumi sayı 95-ə çatıb.

V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
145
reyting.az

1Mənbələr