Yazıçı Etibar Həsənzadə yeni nəşr olunmuş “Zəfərlərə Doğru” kitabını tanınmış oftalmoloq və ədəbiyyat adamı Paşa Qəlbinura hədiyyə edib.
QHT.az xəbər verir ki, kitabla tanış olan Paşa Qəlbinur müəllifin yaradıcılıq inkişafını yüksək qiymətləndirərək əsəri maraqla oxuduğunu bildirib. O, Etibar Həsənzadənin əvvəlki kitablarına da rəy verdiyini xatırladaraq, illər ərzində onun ədəbi baxımdan ciddi irəliləyiş nümayiş etdirdiyini vurğulayıb:
"Müəllifə yeni yaradıcılıq uğurları arzulayıram və zəhmətsevərliyini xüsusi qeyd etmək istəyirəm. Bu illər ərzində onun yaradıcılıq anlamında boy artımını izlədikcə çox xoş hisslər keçirdim. Onun mərhum dayısı, şərq müdriki, çox böyük din alimi Əli Əkbər Həsənzadənin ruhu şad olsun. O, böyük bir istedadlı nəslin, istedadlı şəcərəsindən biridir. Etibar bəyə uğurlar arzulayıram. Arzu edirəm ki,onun yaradıcılıq imkanları daha da genişlənsin. O, özü zəhməti sevən, zəhmətə qatlasmagi sevən qeyrətli bir oğuldur".
Pərvanə Fərhadqızı