Xalqlarımızı bir-birinə yaxınlaşdıran əsas amil ortaq dəyərlərimiz və mədəni kodlarımızdır. Biz eyni kökdən gələn dil, mentalitet, musiqi duyumu və mənəvi ənənələr sayəsində bir-birimizi çox yaxşı anlayırıq. Elə buna görə də “Arşın mal alan”ı da, “Qayınana” kimi sevilən ekran əsərlərini də hamımız əzbər bilirik.
Hafta.az xəbər verir ki, bu fikirləri açıqlamasında Özbəkistan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri Oybek Mirzoyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günləri bir daha göstərir ki, sənət və mədəniyyət xalqları ən tez birləşdirən körpüdür:
“Biz bu qardaşlıqdan qürur duyuruq və istəyirik ki, dostluğumuz daim möhkəm olsun, uzaqlar yaxınlaşsın, birliyimiz, dirriyimiz həmişə davam etsin”.
Oybek Mirzoyev vurğulayıb ki, Azərbaycana gəldikləri ilk gündən səmimi və isti münasibətlə qarşılanıblar. O, konsertin yüksək səviyyədə keçdiyini qeyd edərək tamaşaçıların sevgisi və alqışlarının onları çox sevindirdiyini deyib:
“Biz musiqiçilər üçün ən yaxşı söz elə səhnədə ifa etdiyimiz musiqidir. Danışmaqdan çox ifa etməyi sevirik”. /azertag/