AZ

Lirə sürətlə dəyər itirir: Azərbaycan bazarına NECƏ TƏSİR EDƏCƏK?

Bir avronun 50 TL səviyyəsinə yüksəlməsi Azərbaycanda da müzakirəsiz ötüşməyib. Bildirilir ki, 2025-ci ilin əvvəlindən bəri lirənin avroya qarşı, təxminən, %45, dollara qarşı %40 dəyər itirməsi Azərbaycan bazarına da təsir edə bilər.

 

Bu barədə Pravda.az-ın suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, türk lirəsinin ucuzlaşması prosesi xeyli müddətdir, müşahidə olunur.

Vüqar

“Son illər türk lirəsinin ABŞ dollarına qarşı kəskin dəyər itirməsini görürük. Nəzərə alsaq ki, Azərbaycan üçün Türkiyə ikinci ən böyük ticarət tərəfdaşıdır. Amma Azərbaycan-Türkiyə ticarət dövriyyəsində enerji məhsulları daha çox paya malikdir. Qeyri-neft ixracatımızda Türkiyə ikinci ən böyük tərəfdaşımızdır. Bununla belə, Azərbaycanın qeyri-neft məhsullarının Türkiyə bazarı ilə müqayisəli üstünlüyü var. Lirənin məzənnəsinin aşağı düşdüyü vaxtda Azərbaycan və Türkiyə qeyri-neft ixracatı sahəsində əməkdaşlığı davam etdirir və gənişləndirir. Bu kontekstdə, təbii ki, lirənin dəyərinin aşağı düşməsinə baxmayaraq, iki ölkə - Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsində hər hansı azalmaların olacağını gözləmirik. Çünki nəticə etibarilə, enerji əməkdaşlığı davam edir, qeyri-neft ixracatında bu istiqamətdə əməkdaşlıq var. Sözsüz ki, lirənin uzlaşması fonunda Türkiyədə inflyasiya da müşahidə olunur. Bu da Türkiyə məhsullarının xərcinə və qiymətinə təsir göstərir. Baxmayaraq ki, lirənin dollara nisbətən ucuzlaşması onun manata nisbətən ucuzlaşmasına gətirib çıxarır, amma Türkiyə inflyasiya olduğuna görə bu, türk mallarının xarici bazarda ucuzlaşmasına gətirib çıxarmır”, - deputat bildirib.

 

Aytəkin Qaraşova

Tarix: 16 Dekabr 2025, 08:03   
Seçilən
60
2
pravda.az

3Mənbələr