Bakı. Trend:
ABŞ-nin Sietl şəhəri yaxınlığında yerləşən Kinq qraflığınınsakinlərinə təxliyə göstərişi verilib.
Trend xəbər verirki, yaşayış məntəqəsinin yaxınlığındakı damba günlərdir davam edənaramsız leysan yağışlarına tab gətirməyərək uçub. Yaranmıştəhlükəli vəziyyətlə əlaqədar olaraq təxminən 50 min sakinintəxliyəsi barədə göstəriş verilib.
Fəlakət zonasına xilasedici qüvvələr cəlb olunub. Bildirilir ki,dambanın uçması “Boeing” şirkətinin bölgədə yerləşən zavodu üçün dərisk yaradıb.