AZ

Milli üzvü yanvarda "Turan Tovuz"a qoşulacaq

Misli Premyer Liqasının 16-cı turunda Yevlaxda "Kəpəz"lə qarşılaşacaq "Turan Tovuz" qərb derbisindən 3 xalla ayrılaraq azarkeşlərini sevindirmək arzusundadır. Komanda qış fasiləsinə liderlər qrupunda yollanmaq yanvarda güclənmək niyyətindədir.  Baş məşqçi Kurban Berdiyevin heyətə böyük ümidlərlə cəlb etdiyi portuqaliyalı yarımmüdafiəçi David Tavareşin Türkiyədəki yay toplanışında zədələnərək sıradan çıxması nəticələrdə əksini tapan itkilərdən biridirsə, sabiq "Qarabağ"lı İbrahima Vadjinin arzulanan performansla yadda qalmaması hücum xəttini zəiflədən əsas məqamdır.

Fanat.Az-a klubdan verilən məlumata görə, Berdiyevin ehtiyac duyduğu anlarda xidmətindən yararlana bilmədiyi Tavareşin yanvarın sonlarında sıraya dönəcəyi gözlənilir.

Belə ki, o, gələn ay Türkiyəyə yollanmağı planlaşdıran Tovuz komandasının qardaş ölkədəki məşqlərinə qatılacaq. Həkimlərin rəylərinə əsasən qeyri-adi nəsə baş verməsə, 26 yaşlı orta xətt oyunçusu 3-4 həftədən sonra kollektiv çalışmalarda iştirak edəcək. 

Qeyd edək ki, Lissabonda doğulan Tavareş tarixi vətəni Kabo-Verde millisinin üzvüdür.

Nihat

Seçilən
91
1
fanat.az

2Mənbələr