AZ

“Volkswagen” 88 illik tarixində ilk dəfə Almaniyadakı zavodunu bağlayır

Bakı. Trend:

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” şirkəti 88 illiktarixində ilk dəfə olaraq Almaniyadakı zavodlarından birininfəaliyyətini dayandırır.

Trend xəbər verirki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Drezden zavodunun bağlanması şirkətin Çin vəAvropada satışlarının azalması fonunda üzləşdiyi maliyyəçətinlikləri ilə əlaqədardır. Vaşinqton tərəfindən tətbiq edilənyüksək idxal tarifləri də bu qərara təsir edən amillər sırasındagöstərilir. Zavodun bağlanması “Volkswagen”in Almaniyada 35 min işyerini ixtisar etməyi nəzərdə tutan planının tərkib hissəsidir.

Zavod dekabrın 16-da fəaliyyətini dayandıracaq. Şirkətnümayəndələri bildiriblər ki, istehsalın dayandırılması qərarı“iqtisadi baxımdan zəruri” olsa da, asan qəbul edilməyib.

Qeyd edək ki, 2002-ci ildə Drezdendə fəaliyyətə başlayan zavodbu müddət ərzində təxminən 200 min avtomobil istehsal edib.“Volkswagen”ə məxsus ərazinin gələcəkdə süni intellekt çiplərininhazırlanması üçün tədqiqat kampusu yaradılması məqsədilə DrezdenUniversitetinə verilməsi planlaşdırılır.

Seçilən
148
az.trend.az

1Mənbələr