AZ

Boliviyada daşqınlar nəticəsində ölənlərin sayı 20-yə çatıb

Bakı. Trend:

Boliviyanın Santa Kruz departamentində baş verən güclü daşqınlarnəticəsində azı 20 nəfər həyatını itirib, eyni sayda insan itkindüşüb.

Trend xəbər verirki, bu barədə ölkənin müdafiə nazirinin müavini Alfredo Troşeməlumat verib.

Onun sözlərinə görə, hazırda 20-dən çox insan itkin hesab olunurvə suyun səviyyəsi azaldıqca, xilasedicilərin axtarış işlərinidavam etdirməsi fonunda ölənlərin sayının arta biləcəyi istisnaolunmur. Troşe bu barədə Boliviya televiziyasında çıxışı zamanıbildirib.

Departament rəhbərliyi Santa Kruz bölgəsini fəlakət zonası elanedib. Daşqınlardan ən çox El Torno bələdiyyəsi zərər çəkib.Hakimiyyət orqanlarının məlumatına əsasən, təbii fəlakətnəticəsində 600-dən çox ailə zərər görüb.

Qeyd edək ki, dekabrın 13-də Santa Kruz departamentində güclüyağışlar yağıb və bu, bölgədəki bir neçə çayın məcrasındançıxmasına səbəb olub.

Seçilən
104
az.trend.az

1Mənbələr