Bakı. Trend:
İlon Mask sərvəti 600 milyard dolları aşan ilk insan olub.
Trend xəbər verirki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Nəşr qeyd edir ki, Maskın xalis sərvətinin artımı kosmiktədqiqatlarda ixtisaslaşmış SpaceX şirkətinin bazar dəyərininyenidən qiymətləndirilməsi ilə bağlıdır. Tender təkliflərininbaşlamasından sonra şirkətin dəyəri avqust ayında 400 milyarddollardan dekabr ayında 800 milyard dollara yüksəlib.
"Forbes" jurnalı hesab edir ki, SpaceX səhmlərinin təxminən42%-inə sahib olan Maskın xalis sərvəti 168 milyard dollar artaraqMoskva vaxtı ilə saat 20:00-da 677 milyard dollara çatıb.
Qeyd edək ki, İlon Mask əvvəlki rekorda da sahibdir: oktyabrayında o, xalis sərvəti 500 milyard dolları keçən ilk şəxsolmuşdu.