Rusiyada təhsil trendi dəyişib, şagirdlər universitet əvəzinə kollecləri seçir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Maarifləndirmə Nazirliyi məlumat yayıb. Məktəblilərin 63%-i peşə təhsilinə üz tutub.
Rusiyada 9-cu sinif şagirdlərinin böyük əksəriyyəti (63%) ali təhsil almaqdan imtina edərək texnikum və kolleclərə daxil olmağa üstünlük verib.
Nazirliyin statistikasına əsasən, orta ixtisas təhsili almaq üçün təxminən 4 milyon ərizə qəbul edilib. Qeyd olunur ki, bu rəqəmlər son 50 ildə müşahidə olunan ən yüksək göstəricidir.
Abituriyentlər arasında ən çox tələbat olan ixtisaslar sırasında “Tibb bacısı işi”, “İnformasiya sistemləri və proqramlaşdırma”, “Turizm”, “Qaynaqçı”, “İbtidai sinif müəllimliyi”, “Aşpaz”, “Avtomobil təmiri” və “Tikinti” yer alıb.
Xuraman Etibarlı
İnterpress.az