AZ

“Qarabağ”ı udduq, zövq aldım, bu xoş duyğuları heç kim məndən ala bilməz”

“Ayaks”ın futbolçusu Şon Steur yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, gənc yarımmüdafiəçi UEFA Çempionlar Liqasının (ÇL) 6-cı turunda “Qarabağ”la səfər oyununda bunu reallaşdırıb.

Start heyətində meydana daxil olan Steus komandasının birinci qolunun məhsuldar ötürməsini verib.

Bununla o, “Ayaks” tarixində ÇL-də ən gənc yaşda assist edən oyunçuya çevrilib. Şon bunu 17 yaş 333 günlüyündə həyata keçirib.

O, Niderland futbolunun əfsanəsi Patrik Klyuvertin 1994-cü ildəki rekordunu yeniləyib. Klyuvert 31 il əvvəl 18 yaş 75 günlüyündə assist müəllifi olub.

Şon Steur 4:2 hesablı qələbə qazandıqları matçla bağlı təəssüratlarını da bölüşüb: “Möhtəşəm bir axşam oldu, həqiqətən zövq aldım. Bu xoş duyğuları heç kim məndən ala bilməz”.

Seçilən
182
sportinfo.az

1Mənbələr