AZ

Tarixdə İLK: İlon Maskın sərvəti 600 milyard dolları KEÇDİ

İlon Maskın sərvəti 600 milyard dolları keçib.

İnterpress.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. “SpaceX”in birjaya çıxması onu dünyanın ilk trilyonçusu edə bilər.

İlon Mask bəşəriyyət tarixində sərvəti 600 milyard dolları ötən ilk şəxs olub. Bu rekord göstərici əsasən “Tesla”, “SpaceX” və “xAI” şirkətlərinin kapitallaşmasının artması hesabına əldə edilib.

Bundan əlavə, “SpaceX”in IPO-ya hazırlıq məqsədilə bank seçiminə başladığı bildirilir.

Maliyyə ekspertləri hesab edirlər ki, yerləşdirmə uğurlu olacağı təqdirdə İlon Mask dünyanın ilk trilyonçusu adını qazana bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
69
interpress.az

1Mənbələr