ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hacıqabulda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, DAF markalı yük maşını Gəncə istiqamətində hərəkətdə olarkən qarşısında gedən “KamAZ” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində DAF-ın sürücüsü Qocayev Aydın Qoca oğlu hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Yunis Quliyev




Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.