Bakı. Trend:
Konqo Demokratik Respublikası “23 mart hərəkatı” (M23)qruplaşmasının silahlıları tərəfindən ələ keçirilmiş Çopoəyalətində mübarizəni davam etdirmək məqsədilə Çaddan hərbi yardımistəyib.
Trend “RDC Times”portalına istinadən xəbər verir ki, Konqo DR Prezidenti FeliksÇisekedi bu məqsədlə artıq Çad rəhbərliyinə müraciət edib, lakinindiyədək Çad hökuməti tərəfindən hər hansı addım atılmayıb.
Portalın xatırlatmasına görə, Çadın Konqo DemokratikRespublikası ilə ümumi sərhədi yoxdur.