Yeni İl gecəsini evdə deyil, restoranlarda qeyd etməyi üstün tutanların sayı ildən-ilə artır. Xüsusilə 31 dekabr gecəsi üçün restoranların təqdim etdiyi proqramlar və qiymətlər ictimaiyyətin diqqət mərkəzində olur. Bu il də paytaxtın məşhur məkanları Yeni İli qarşılayan qonaqlar üçün fərqli menyular, əyləncəli şoular və musiqi proqramları hazırlayıb.
“Yeni Sabah” xəbər verir ki, 31 dekabr gecəsi üçün bir nəfərlik qiymətlər restoranlara görə dəyişir. Ən yüksək qiymətli menyulardan biri “Mangal Steak House” restoranında qeydə alınıb. Burada Yeni İl proqramında iştirak etmək üçün bir nəfər 400 manat ödəməlidir.
“Neolit” restoranında bu məbləğ 300 manat təşkil edir. “Ocakbaşı Mangal”da isə qiymətlər menyudan və oturma yerindən asılı olaraq 250–350 manat arasında dəyişir.
Daha münasib qiymət təklif edən məkanlar da var. Belə ki, “Emirgan Sütiş” restoranında Yeni İl gecəsi üçün bir nəfərlik qiymət 120 manatdır. “Prive Steak”, “Aura Park” və “The Gallery” restoranlarında isə bu məbləğ 100 manat müəyyən edilib.
Əyləncə və musiqili proqramları ilə tanınan “5Hundred Lounge” Yeni İl gecəsi üçün ən aşağı qiymətlərdən birini təklif edir – burada bir nəfərlik giriş 50 manatdır.
Digər restoranlarda isə qiymətlər müxtəlif aralıqlardadır. “Bayıldım” restoranında Yeni İl gecəsi 85 manata başa gəlir.
“Çanaqqala”da qiymətlər 80-130 manat arasında dəyişir. “Dolunay” restoranında bu məbləğ 70-90 manat təşkil edir. Daha sərfəli seçim axtaranlar üçün “Hacıbəy” restoranında bir nəfərlik Yeni İl proqramı 60 manatdır.
Qeyd edək ki, adıçəkilən restoranların əksəriyyətində Yeni İl gecəsi üçün xüsusi menyular hazırlanıb. Proqramlara canlı musiqi ilə çıxış edən “Bliss Band”, həmçinin Şaxta baba və Qar qızın iştirakı, maraqlı müsabiqələr və müxtəlif sürprizlər daxildir. Eyni zamanda, gecə boyu xalq artistləri və tanınmış müğənnilərin səhnə alacağı, qonaqlara bayram ovqatı yaşadacağı bildirilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız