AZ

Bakı-Şamaxı yolunda ard-arda qoyulan eyni yol nişanları DİQQƏT ÇƏKDİ

Sosial şəbəkələrdə Bakı-Şamaxı yolu üzərində yol nişanlarının ard-arda təkrar şəkildə qoyulması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, təkrarlanan eynitipli yol nişanları bir-birinə yaxın məsafədə quraşdırılıb. Sürücülər bunun səbəbini anlamadıqlarını bildiriblər.

Hakimiyyet.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən nişanların təkrarlanmasına səbəb köhnələrin yenisi ilə əvəz edilməsidir. Qeyd olunub ki, köhnə nişanlar yaxın zamanlarda söküləcək.

Seçilən
28
3
hakimiyyet.az

4Mənbələr