ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya üzrə rəqəmsal ixrac xidmətlərinin həcmi 2024-cü ildən sonra 4,8 trilyon dollara çatıb. Bu, qlobal xidmət ixracının üçdə ikisindən çoxdur.
Reyting.az xəbər verir ki, rəqəmsal ixrac xidmətlərində əsas rol oynayan "Amazon", "Google", "Meta" və "Spotify" kimi nəhəng şirkətlərdir.
Ümumdünya Ticarət Təşkilatının son məlumatına görə, ABŞ 741 milyard dollarla (15%) rəqəmsal ixracda liderdir.
İlk onluqda yer alan Böyük Britaniya Krallığı 488 milyard dollarla ikinci yerdədir. Bu ölkədə təxminən 3,2 milyona qədər iş yeri ancaq rəqəmsal ixracla bağlıdır.
İrlandiya 425 milyard dollarla üçüncü yeri tutur. Bu ölkənin göstəriciləri 2024-cü ildə 24 faiz artmaqla, ən sürətli yüksəlişi nümayiş etdirib. Avropa məkanında ən böyük texnoloji şirkətlərin mərkəzi olan İrlandiya qlobal rəqəmsal iqtisadiyyatda mövqeyini get-gedə gücləndirir.

Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.