AZ

Lavrov: Avropa bu gün yenidən nasizm bayrağı altında Rusiyaya qarşı birləşir...

Rusiya XİN rəhbəri Ukrayna münaqişəsi və Qərbin mövqeyi barədə İran meuasına danışıb...

Poliqon xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İranın Dövlət Teleradio media korporasiyasına müsahibəsində Avropa, ABŞ və Ukrayna münaqişəsi ilə bağlı bir sıra sərt və diqqətçəkən açıqlamalar verib.

Lavrov bildirib ki, Moskvanın hazırkı Avropa rəhbərliyi ilə müzakirə edəcəyi heç bir məsələ yoxdur. Onun sözlərinə görə, Avropa bu gün yenidən nasizm bayrağı altında Rusiyaya qarşı birləşir və bu prosesdə Ukraynanın insan resurslarından istifadə olunur. Nazir iddia edib ki, Avropa ölkələrində nasizm yenidən dirçəlir və qitə Hitlerin və Napoleonun dövründə olduğu kimi Rusiyaya qarşı səfərbər edilir.

Rusiya XİN rəhbəri vurğulayıb ki, Avropanın Ukrayna nizamlanmasında iştirak etmək üçün kifayət qədər imkanları olub, lakin Brüssel bu şansların hamısını bilərəkdən görməzdən gəlib. Bununla yanaşı, Lavrov Qərbdə sağlam düşüncəli insanların silahlara nəzarət mexanizmlərinin bərpasına çağırış etdiyini və Rusiyanın da bu yanaşmanı bölüşdüyünü qeyd edib.

Nazir Qərb mediasında Rusiyaya guya etibar edilməməsi ilə bağlı yayılan materialları “boş və əsassız” adlandırıb. Onun sözlərinə görə, ABŞ Avropa İttifaqına açıq şəkildə bildirir ki, Vaşinqton Avropanın “avantüralarını” daim dəstəkləmək niyyətində deyil.

Lavrov əlavə edib ki, ABŞ-la Ukrayna mövzusu üzrə son təmaslar müəyyən ümidlər yaradır və amerikalı tərəfdaşların Rusiyanın mövqeyini daha dərindən anlamağa başladığı hiss olunur. Moskva ABŞ-dan onların Ukrayna nümayəndə heyəti ilə apardıqları danışıqlara dair konkret reaksiya gözləyir.

Eyni zamanda Lavrov MAQATE ekspertlərini tənqid edərək bildirib ki, onlar Zaporojye Atom Elektrik Stansiyasına Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbələri hesabatlarda qeyd etmirlər. Nazir bunu düzgün olmayan və qərəzli yanaşma kimi qiymətləndirib.

Poliqon.info

Seçilən
128
poliqon.info

1Mənbələr