AZ

“Arsenal”ın müdafiəçisi 4–6 həftə yaşıl meydanlardan uzaq qalacaq

“Arsenal” klubu Ben Uaytsız qalıb.

90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə,  London təmsilçisinin müdafiəçisi budun arxa əzələsindən (hamstring) zədə alıb.

İlkin proqnozlara əsasən, Ben Uaytın bərpası 4–6 həftə çəkəcək.

2025/2026 mövsümündə ingilis futbolçu bütün turnirlər üzrə 11 rəsmi oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Arsenal” Premyer Liqada 16 turdan sonra 36 xalla turnir cədvəlinə başçılıq edir (11 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət). Mikel Artetanın komandası çempionatdakı növbəti oyununu şənbə günü, dekabrın 20-də səfərdə “Everton”a qarşı keçirəcək.

Seçilən
139
90deqiqe.az

1Mənbələr