AZ

Ukrayna dronlarla Rusiyanın sualtı qayığını VURDU

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkənin Hərbi-Dəniz Qüvvələri ilə birgə Novorossiysk limanında Rusiyaya məxsus "Varşavyanka" sinifli sualtı qayığın məhv edilməsi üzrə uğurlu əməliyyat həyata keçirdiyini bəyan edib.

Redaktor.az bildirir ki, bu barədə məlumatı UTX-nin Mətbuat Xidməti yayıb.

Məlumata əsasən, sualtı qayıq "Sub Sea Baby" sualtı dronları ilə vurulub. Qeyd olunur ki, bu, tarixdə ilk dəfə pilotsuz sualtı aparatların birbaşa sualtı qayığa hücum üçün tətbiq edilməsi halıdır. Partlayış nəticəsində qayığın kritik zədələr aldığı və faktiki olaraq sıradan çıxarıldığı iddia edilir.

Sualtı qayığın göyərtəsində Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunan "Kalibr" qanadlı raketləri üçün dörd buraxılış qurğusu olub.

"Varşavyanka" sinifli sualtı qayığın dəyəri təxminən 400 milyon ABŞ dolları təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
123
2
redaktor.az

3Mənbələr