Dünyanın bir nömrəli tennisçisi, belaruslu Arina Sobolenko ilin ən yaxşı tennisçisi seçilib.
Publika.az xəbər verir ki, belaruslu tennisçi bu mükafatı ardıcıl ikinci ildir alır.
2025-ci ildə Sobolenko ABŞ Açıq Çempionatını, Mayami (ABŞ) və Madrid (İspaniya) şəhərlərində keçirilən turnirləri və Brisbendə (Avstraliya) keçirilən turniri qazanıb. O, Avstraliya Açıq Çempionatı, “Rolan Qarros”un finalında məğlub olub.