AZ

Qayda pozan qadın sürücü qəzaya düşdü İki ölü, bir yaralı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qayda pozan sürücü ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Kurqan vilayətinin Şumixinski rayonunda baş verib. Məlumata görə, Çelyabinsk-Kurqan-Omsk-Novosibirsk şosesinin 141-ci kilometrliyində 39 yaşlı qadın sürücünün idarə etdiyi “Toyota RAV4” markalı avtomobillə yolun “ötmək qadağandır” hissəsində ötmə əməliyyatını yerinə yetirib öz zolağına qayıdarkən sükan idarəetməsini itirib və ağır tonnajlı yük maşını ilə toqquşub. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb.

Qəza nəticəsində sürücü və onun 2 sərnişini ağır xəsarətlər alıb. Onlardan sürücü və sərnişin ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
avtosfer.az

1Mənbələr