Türkiyə Super Liqasında XVI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son günündə bir qarşılaşma baş tutub.
“Fənərbaxça” doğma meydanında “Konyaspor”u qəbul edib. İstanbul təmsilçisi rəqibini 4 cavabsız qolla məğlub edib – 4:0. “Sarı-lacivərdlilər”in qollarını Anderson Taliska (2), Mert Müldür və Marko Asensio vurublar.
Qeyd edək ki, bu qələbə sayəsində “Fənərbaxça” xallarının sayını 36-ya çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Konyaspor” isə 16 xalla 12-ci sırada qərarlaşıb.
La Liqa: “Sevilya”dan darmadağın
Premyer Liqa: “Siti” 3 xalı 3 qolla qazandı
“Arsenal” turu qalib başa vurdu
A Seriyası: “Latsio” səfərdə məğlub oldu
Premyer Liqa: “Çelsi” və “Liverpul”dan qələbə