AZ

Azərbaycanda ən çox bu məhsul UCUZLAŞIB

İlin sonuna doğru bazar və mağazalarda qiymət etiketləri diqqətlə izlənir.

Far.Az-in məlumatına görə, istehlakçılar alış-veriş zamanı bəzi məhsulların əvvəlki dövrlərlə müqayisədə daha münasib qiymətə təklif olunduğunu görür və bu ucuzlaşmanın səbəblərinin nədən qaynaqlandığını düşünür.

Statistik göstəricilər, mövsümi amillər və bazar balansı fonunda Azərbaycanda hansı məhsulun digərlərindən daha çox ucuzlaşması isə xüsusi maraq doğuran mövzulardan birinə çevrilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Far.Az-ə açıqlamasında bildirib ki, ölkədə 2025-ci il ərzində ən çox uzulaşan məhsul sitrus meyvələridir:

"Bu məhsulların qiymətində müəyyən ucuzlaşma baş verib ki, ümumi bahalaşma tendensiyasında o qədər də hiss edilməyib.

Yerli kənd təsərrüfatı məhsulları təchizatın yüksək səviyyədə təşkil olunmaması ucbatından bazarda xarici məhsullara uduzur. Ona görə də bir çox hallarda yerli məhsullar məhz ilkin istehsal mənbəyində daha ucuz olur, bazarda isə yüksək qiymətə təklif edilir".

Orxan Hüseyn

Seçilən
58
far.az

1Mənbələr