AZ

Britaniyadan Ələkbərovun şirkəti ilə bağlı gözlənilməz qərar

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Maliyyə Nazirliyi Rusiyanın enerji nəhəngi “Lukoil”in beynəlxalq aktivləri ilə bağlı daha bir təklifi rədd edib.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, bu dəfə ABŞ-ın “Xtellus Partners” investisiya şirkətinin müraciəti mənfi cavab alıb.

Məlumata əsasən, “Xtellus Partners” amerikalı investorların əlində olan “Lukoil”ə məxsus qiymətli kağızları şirkətin qlobal aktivləri ilə dəyişdirməyi planlaşdırırdı. Lakin bu təşəbbüs ABŞ Maliyyə Nazirliyi tərəfindən təsdiqlənməyib. Rədd qərarının konkret səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, bu, “Lukoil”in beynəlxalq aktivləri ilə bağlı rədd edilən ilk təşəbbüs deyil. Daha əvvəl beynəlxalq enerji treyderi “Gunvor” da Rusiya şirkətinin aktivlərini əldə etməyə cəhd göstərmişdi.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
1
globalinfo.az

2Mənbələr