AZ

ABŞ-də terror hücumlarının qarşısını alınıb

Kaliforniyada Yeni il ərəfəsində planlaşdırılan bir sıra terror aktlarının qarşısını alınıb...

ABŞ təhlükəsizlik qüvvələri Kaliforniyada Yeni il ərəfəsində planlaşdırılan bir sıra terror aktlarının qarşısını alıb.

Poliqon xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pem Bondi məlumat verib. Onun sözlərinə görə, terror planları özünü Fələstinyanlı kimi təqdim edən Turtle Island Liberation Front adlı radikal qruplaşma tərəfindən hazırlanıb.

Pem Bondi sosial şəbəkə X-də yazıb ki, Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FTB) birgə və genişmiqyaslı araşdırmadan sonra Mərkəzi Kaliforniya dairəsində, xüsusilə Orinc və Los-Anceles ərazilərində həyata keçirilə biləcək “miqyaslı və dəhşətli terror planını” vaxtında ifşa edib. Baş prokurorun bildirdiyinə görə, Turtle Island Liberation Front ifrat solçu, anti-hökumət və antikapitalist ideologiyaya malik qruplaşma olub və Kaliforniyada bir neçə obyektə qarşı ardıcıl partlayışlar törətməyi planlaşdırıb. Həmin hücumların ilk mərhələsinin Yeni il ərəfəsində həyata keçirilməsi nəzərdə tutulurdu.

ABŞ rəsmiləri bildirirlər ki, qruplaşmanın fəaliyyəti təkcə Kaliforniya ilə məhdudlaşmayıb. FTB direktorunun açıqlamasına əsasən, propalestinçi ekstremistlər Luiziana ştatının Nyu-Orlean şəhərində də terror aktı törətməyi planlaşdırıblar. Bu iş üzrə artıq bir nəfər şübhəli şəxs saxlanılıb və istintaq tədbirləri davam etdirilir.

Məlumata görə, hüquq-mühafizə orqanları mümkün hücumların qarşısının alınmasını ABŞ daxilində təhlükəsizliyin təmin edilməsi baxımından mühüm uğur kimi qiymətləndirir. Araşdırmalar zamanı potensial hədəflər, partlayıcı maddələr və əlaqəli şəxslər barədə əlavə detalların müəyyən edildiyi, təhlükənin isə tam zərərsizləşdirildiyi vurğulanır.

Poliqon.info

Seçilən
113
poliqon.info

1Mənbələr