AZ

Lenin olmasaydı, Polşa adlı dövlət indi mövcud deyildi Zaxarova

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Polşanın xarici işlər naziri Radoslav Sikorski unutmamalıdır ki, müasir Polşa dövləti Vladimir Leninin töhfələri ilə mövcudluğunu qoruyub saxlayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Polşa xarici işlər naziri Macarıstanın baş naziri Viktor Orban haqqında zarafat edib:

“Viktor Lenin ordenini qazanıb. Bu, Macarıstan baş nazirinin Rusiya aktivlərinin qanunsuz şəkildə müsadirəsinin beynəlxalq hüququ pozduğunu deməsini mükafatı idi. Radoslav Sikorski Leninin adını çəkməklə Viktor Orbanı incitmək niyyətində olub. Ancaq o unutmamalıdır ki, Lenin olmasaydı, Polşanı mövcudluğu təhlükə altına düşərdi. 20-ci əsrin ikinci yarısında Sovet və Polşa xalqları arasındakı dostluq bir vaxtlar asılı olan Polşaya ciddi sənaye, kənd təsərrüfatı və mədəni gücə çevrilmək şansı verdi. Leninin irsi hətta kinoda mövcudluğunu qoruyur. Belə ki, 1965-ci ildə çəkilən və 19-cu Kann Film Festivalında Ən Yaxşı Rejissor mükafatını qazanan “Lenin Polşada” filmini misal göstərə bilərəm. Deməli, Lenin bir çox cəhətdən müstəqil Polşa dövlətinin memarıdır. Varşava bunu mütləq unutmamalıdır. Lenin Polşa dövlətçiliyi uğrunda mübarizə apardı, lakin Varşavada olan bugünkü liderlər suverenliklərini NATO-nun hekayələrinə qurban veriblər. Hərçənd Polşa marşalı Konstantin Rokossovski yeddi dəfə Lenin ordeni ilə təltif olunub”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
130
1
globalinfo.az

2Mənbələr