Çinin yeni nəsil uzun mənzilli PUA-sı olan CH-7 ilk sınaq uçuşunu başa vurub
Çinin uzun mənzilli və yüksək hündürlüklü missiyalar üçün hazırlanmış yeni "CH-7" pilotsuz uçuş aparatının (PUA) ilk sınaq uçuşunu həyata keçirdiyi bildirilir.
Çin dövlət televiziyası CCTV-nin məlumatına görə, yüksək sürətli, gizli uçuş qabiliyyətinə malik təyyarənin ilk sınaq uçuşu başa çatıb. Uzaq mənzilli uçuş, yüksək kruiz sürəti və gizli imkanlar təyyarənin çətin şəraitdə yerüstü müşahidə, məlumat dəstəyi və rabitə üçün istifadəsinə imkan verir.
Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) ilə əlaqəli Çin Aerokosmik Aerodinamika Akademiyası tərəfindən hazırlanan təyyarənin qanadları 27,3 metrdir və 8 tona qədər çəki ilə qalxa bilir.
Kəşfiyyat məsafəsi 2000 kilometri aşan CH-7, 0,5 Mach kruiz sürəti və 16000 metr maksimum hündürlükdə 16 saata qədər uça bilir.
CH-7, funksiyaları və imkanları baxımından ABŞ-ın "RQ-180" gizli kəşfiyyat PUA-sının analoqu hesab olunur.
Müşahidə olunub ki, Çin bu yaxınlarda PUA inventarını yeni nəsil böyük və ağır pilotsuz uçuş aparatları ilə şaxələndirib.
Ən son olaraq, "Jetank" kimi də tanınan "Ciu Tien" ağır pilotsuz uçuş aparatının ilk sınaq uçuşunu 11 dekabrda keçirdiyi bildirilib.
aia.az
Tərcümə şöbəsi