BAKI, 15 dekabr. TELEQRAF
“Distant təhsilə səmərəlilik, şagirdlərin daşınması və onların rahatlığı baxımından yanaşılır”.
Teleqraf xəbər verir ki,elm və təhsil naziri Emin Əmrullayev bu barədə REAL TV-yəmüsahibəsində məlumat verib.
Nazir bildirib ki, məsələ hazırda gündəmdədir və bu modelin icrası mümkün hesab olunur.
Onun sözlərinə görə, distant təhsil modelinin tətbiqi növbəti tədris ilindən etibarən mümkün ola bilər.