Avropa İttifaqının Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, Ermənistanda parlament seçkiləri məsələsi Aİ xarici işlər nazirlərinin qarşıdan gələn görüşünün gündəliyindədir: “Bu gün biz bu məsələdə Ermənistana necə kömək edə biləcəyimizi müzakirə edəcəyik.
Ermənistan bizdən xarici müdaxilənin qarşısını almaq üçün kömək istəyib.”, – Kaja Kallas
Əvvəlki açıqlamasında Kallas Rusiyanı guya Ermənistanda parlament seçkilərinə müdaxilə etmək üçün kampaniya aparmaqda ittiham etmişdi.
//Samir Qurbanov, Editor.az