Bakı Slavyan Universitetinin balansında olan yataqxanalardan biri təmirə bağlanır.
Xezerxeber.az-ın məlumatına görə, balansında dörd yataqxana mövcud olan universitetin 1, 2, 4 saylı yataqxanalarının bütün mənzillərində keçmiş məcburi köçkün ailələri məskunlaşıb.
Universitetin 3 saylı yataqxanasının 2 və 4- cü mərtəbəsi tələbələrin istifadəsindəsindədir.
Bakı Slavyan Universitetinin Maliyyə - təsərrüfat işləri üzrə prorektoru Elçin Hüseynov təhsil ocağının birinci və ikinci tədris binasında, həmçinin yataqxanasında cari təmir işləri aparılacağı ilə bağlı faktı təsdiqləyib. Elçin Hüseynov qeyd edib ki, atrıq bununla bağlı universitet tender elan edib.
Onun sözlərinə görə, təmir işlərinə gələn il başlanılanılacaq.
Yataqxana binası 1965-ci ildə tikilsə də, otaqlarda bütün lazımi şərait var. Orada kitabxana və tədris otağı da yer alır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.