AZ

Volkswagen 88 illik tarixində ilk dəfə zavodunu bağlayır

Volkswagen çərşənbə axşamından etibarən Drezdendə yerləşən istehsal müəssisəsində avtomobil istehsalını dayandırmaq barədə qərar qəbul edib. Bu addım avtomobil nəhənginin 88 illik tarixində Almaniyada ilk istehsal müəssisəsinin bağlanması kimi qeydə alınacaq.

Marja xəbər verir ki, Zavodun bağlanması Volkswagen-in çətin maliyyə dövrünə daxil olduğu bir vaxta təsadüf edir. Şirkət Çin bazarında zəif satışlar, Avropada tələbin azalması və ABŞ gömrük rüsumlarının Amerika satışları üzərində yaratdığı təzyiq səbəbindən pul axınında ciddi problemlərlə üzləşir.

160 milyard avroluq investisiya planı mübahisə mövzusudur

Volkswagen növbəti beş il üçün planlaşdırılan təxminən 160 milyard avroluq investisiya büdcəsinin necə bölüşdürüləcəyi məsələsində çətinlik yaşayır. Benzin mühərrikli avtomobillərin bazarda gözləniləndən daha uzun müddət qalacağı əlavə investisiya ehtiyacını da artırır.

Şirkətin hər il yenilənən investisiya büdcəsi son illərdə nəzərəçarpacaq dərəcədə azaldılıb. 2023–2027-ci illər dövrü üçün bu məbləğ 180 milyard avro olaraq açıqlanmışdı.

Seçilən
113
marja.az

1Mənbələr