Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında 15-ci turun oyunları başaçatıb.
Trend xəbər verirki, turun son oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında “İmişli” “Karvan-Yevlax”la üz-üzə gəlib.Qarşılaşma heç-heçə ilə yekunlaşıb.
Digər oyunda isə “Neftçi” “Sumqayıt”ı qəbul edib. Bu görüşdə dəqalib müəyyənləşməyib – 2:2.